Azay Quliyev Yunanıstanın daxili işlər və miqrasiya və əmək nazirləri ilə görüşüb - FOTO

Azay Quliyev Yunanıstanda insan haqları və media azadlığı məsələsini qaldırıb
ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev Yunanıstanda parlament, hökumət və siyasi partiyalarla silsilə görüşlər keçirib.

ATƏT PA-nın rəsmi saytının verdiyi məlumata görə, A. Quliyev noyabrın 23 və 24-də Yunanıstanın daxili işlər naziri Makis Voridis, miqrasiya və əmək naziri Notis Mitraçıs, Parlamentin vitse-spikeri Karalamros Atanasios, Baş nazirin xüsusi nümayəndəsi Konstantin Karidis, xarici işlər nazirliyinin baş katibi Temistoklis Demiris, əsas müxalifət partiyasının nümayəndəsi və sabiq xarici işlər naziri Corc Katrigalos və digər rəsmi şəxslərlə keçirdiyi görüşdə regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

Görüşlərdə həmçinin Qərbi Balkanlarda yaşanan son gərginlik, Yunanıstanda gələcək seçkilər, regional əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Afina ilə Skorya arasında Şimali Makedoniyanın ad məsələsinin danışıqlar yolu ilə həlli təqdir olunub, region ölkələrinin Avropa İttifaqına üzvlüyünün bu bölgənin gələcək inkişafı üçün zəmanət ola biləcəyi vurğulanıb. A. Quliyev Bosniya və Hersoqovinada artan gərginlik fonunda bölgə ölkələrinin daha yaxından əməkdaşlıq etmələrinin vacibliyini vurğulayıb və 2023-cü ildə Şimali Makedoniyanın ATƏT-ə sədrlik etməsinin Qərbi Balkanlarda problemlərin effektiv həlli baxımından yeni imkanlar yaratdığını bildirib.

ATƏT PA-nın Xüsusi nümayəndəsi Miqrasiya və əmək naziri ilə noyabrın 24-də keçirdiyi görüşdə miqrasiya sahəsində ATƏT PA ilə əməkdaşlığın dərinləşdirilməsi ətraflı müzakirə olunub. A. Quliyev nazirlər, parlament nümayəndələri və müxalifət partiyası ilə keçirdiyi görüşdə Yunanıstanda insan hüquqları, mətbuat azadlığı və qanunun aliliyi məsələləri, son vaxtlar bu sahədə yaşanan problemləri və məhdudiyyətləri ətraflı müzakirə edib, bu problemlərin həllində ATƏT PA-nın dəstəyini və iştirakını təklif edib.

SON XƏBƏRLƏR

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

BÜTÜN XƏBƏRLƏR