Ombudsman Ermənistanın təxribatı nəticəsində hərbçilərimizin şəhid olması ilə bağlı etiraz bəyanatı yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması və yaralanması ilə bağlı etiraz bəyanatı yayıb.

Ombudsman Aparartından bildirilib ki, bəyanatda deyilir:

"Dərin təəssüf hissi ilə bildiririk ki, 2021-ci ilin 16 noyabr tarixində Ermənistan tərəfinin Azərbaycanın dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribat nəticəsində Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olmuş, 10 nəfər isə yaralanmışdır.

Ermənistan tərəfinin ölkəmizin döyüş postlarını müxtəlif çaplı atıcı silahlardan, o cümlədən qumbara atanlardan, minaatan və artilleriya qurğularından istifadə etməklə intensiv atəşə tutması nəticəsində hərbi qulluqçularımızın qətlə yetirilməsini və yaralanmasını beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarının, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinin növbəti dəfə qəsdən pozulması faktı kimi qiymətləndirir və kəskin şəkildə pisləyirik.

Ermənistanın Azərbaycana qarşı qəflətən həyata keçirdiyi növbəti təcavüz aktının dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağıran 16 Noyabr - Beynəlxalq Tolerantlıq Gününə təsadüf etməsi Ermənistanın digər dövlətlərlə və xalqlarla mehriban qonşuluq mühitində yaşamaq istəmədiyini bir daha sübüt edir.

Ermənistanın Azərbaycana məxsus torpaqları yenidən işğal etmək məqsədilə hücum əməliyyatlarına başlaması qeyri-tolerant imicə malik olan bu ölkənin beynəlxalq müqavilələlərdən irəli gələn öhdəliklərə və ümumbəşəri dəyərlərə hörmətsizliyinin bariz nümunəsidir.
Son dövrlər təcavüzkar siyasətindən hələ də əl çəkmək istəməyən Ermənistanın hərbi-siyasi rəhbərliyinin cəzasızlıq mühitindən bəhrələnərək Azərbaycanın dövlət sərhədində vəziyyəti daha da gərginləşdirməyə yönəlmiş təxribatçı hərəkətləri regionda yeni münaqişə ocaqlarının yaranmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmuşdur.

Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini bir daha işğal etməyə çalışan, regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradan, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmalarının qarşısını alan, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozan Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsini tələb edirik".

SON XƏBƏRLƏR

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

BÜTÜN XƏBƏRLƏR