Türk Dövlətləri Təşkilatı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasını dəstəkləyib

Türk Dövlətləri Təşkilatı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

Bu, Türk Dövlətləri Təşkilatı dövlət başçılarının VIII Zirvə Görüşündə qəbul edilmiş İstanbul Bəyannaməsində əksini tapıb.

Türk Dövlətləri Təşkilatı 44 günlük Vətən müharibəsindəki Zəfərə görə Azərbaycanı təbrik edib.

Bəyannamədə Kiprin türk xalqı ilə həmrəylik ifadə olunub, Qırğızıstanın Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti sülh yolu ilə həll etmək istiqamətində səyləri dəstəklənib.

Sənəddə terrorizm, ekstremizm, separatizm, irqçilik, ayrı-seçkilik, ksenofobiya, islamofobiya və nifrət nitqinin bütün formaları ilə mübarizədə əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq arenada bu istiqamətlərdə səylərin gücləndirilməsi qərara alınıb.

Türkiyədə və regionda baş verən meşə yanğınları və sel kimi fəlakətlərdən dərin narahatlığın ifadə olunduğu bəyannamədə vurğulanıb ki, Türkiyənin təklifi ilə təbii fəlakətlərin təsirlərini azaltmaq məqsədilə ortaq axtarış-xilasetmə və reabilitasiya çalışmaları aparmaq üçün “Türk Dövlətləri Təşkilatı Mülki Mexanizmi” adı altında Türk Dövlətləri Təşkilatı strukturunda aidiyyəti qurumun yaradılması istiqamətində çalışmalara başlanmasına təlimat verilib.

Qeyd edək ki, İstanbul Bəyannaməsi 121 maddədən ibarətdir.

SON XƏBƏRLƏR

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

BÜTÜN XƏBƏRLƏR