Noyabrın 4-də "Yaşıl Marafon" çərçivəsində 18327 ədəd ağac əkilib

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.

Ölkə üzrə 4 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 14,6 hektar ərazidə 18 327  ədəd müxtəlif cinsli ağac əkilib, 435 kiloqram toxum səpilib. 

Belə ki,  Bakı şəhəri, Xocasən gölünün sol sahilində 700 ədəd,  Ağstafa rayonu üzrə 1 ha ərazidə 1250 ədəd ağac əkilib, Quba rayonu üzrə 1 ha ərazidə 100 kiloqram toxum səpilib, Qusar rayonu üzrə 2 ha ərazidə 2200 ədəd, Xaçmaz rayonu üzrə 0,1 ha ərazidə 44 ədəd, Siyəzən rayonu üzrə 1 ha ərazidə 1250 ədəd, Ağcabədi rayonu üzrə 2 ha ərazidə 3333 ədəd ağac əkilib, 200 kq toxum səpilib, Şəmkir rayonu  üzrə 2 ha ərazidə 3300 ədəd, Ağdaş rayonu üzrə 2 ha ərazidə 2500 ədəd, Tərtər rayonu üzrə 1 ha ərazidə 2500 ədəd ağac və 0,5 ha ərazidə 35 kiloqram toxum səpilib, Sabirabad rayonu üzrə 1 ha ərazidə 1250 ədəd ağac, Qəbələ rayonu üzrə 1 ha ərazidə 100 kiloqram palıd toxumu səpilib.

Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.

SON XƏBƏRLƏR

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

BÜTÜN XƏBƏRLƏR