BAKU Azərbaycan
19.03 °C

Romada Türkiyə və ABŞ prezidentlərinin görüşü keçirilib

İtaliyanın paytaxtı Roma şəhərində B20 (G20) Liderləri Sammitində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Bayden arasında görüş baş tutub.

Öncədən planlaşdırılmış görüşdə dövlət başçılarını Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət departamentinin rəhbəri Entoni Blinken müşayiət ediblər.

Qeyd edək ki, 1 saat 10 dəqiqə davam görüş mətbuata qapalı şəraitdə keçirilib.