BAKU Azərbaycan
15.03 °C

İnsan alveri ilə məşğul olan şəxs ifşa edilib

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Samsun şəhərinə apararaq cinsi istismara məruz qoyan Bərdə rayon sakini Aytəkin Quliyeva müəyyən edilərək tutulub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən A.Quliyeva Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4.1-ci (İnsan alveri – iki və ya daha çox şəxs barəsində törədildikdə; təkrar törədildikdə; insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.