Rezidenturaya qəbulun nəticələri açıqlanıb

2021/2022-ci tədris ili üçün əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 541 namizəddən 419 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onların 141 nəfəri oğlan, 278 nəfəri qızdır. 234 namizəd cari ilin, 185 namizəd isə əvvəlki illərin məzunudur. 

Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini oktyabrın 6-dan etibarən abiturient.az saytından “PDF” formatda əldə etmək mümkün olacaq.

Rezidenturaya qəbul olunanlar tələb olunan sənədləri 12-15 oktyabr 2021-ci il tarixlərində müvafiq qurumların (Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinin, Tibb Universitetinə və digər klinik bazalara, o cümlədən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinin) müəyyən etdiyi müəssisələrdə yaradılmış işçi qrupa təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Daha ətraflı məlumat Səhiyyə Nazirliyinin rəsmi  internet saytında veriləcək.

Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır.

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər isə qeydiyyatın aparılma qaydaları haqqında məlumatla Naxçıvan Dövlət Universitetinin rəsmi  internet saytında tanış ola biləcəklər.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR