BAKU Azərbaycan
13.03 °C

Şəmkirin yeni icra başçısı Rəşad Tağıyev oldu – SƏRƏNCAM

Prezident İlham Əliyev Rəşad Tağıyevin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

GAZETTE xəbər verir ki, imzalanmış Sərəncama əsasən, Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər R.Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsində çalışırdı.