
Reklam
04 Sentyabr 2021, 13:16
2552
Lamiyə Vəliyeva həm qızıl medal, həm də Paralimpiya rekordunu əldə etdi – FOTO
Azərbaycan “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında 13-cü qızıl medalını qazanıb.
GAZETTE xəbər verir ki, 400 metr məsafəyə qaçış yarışlarında Lamiyə Vəliyeva bütün rəqiblərini qabaqlamağı bacarıb. Məsafəni 55 saniyəyə qət edən təmsilçimiz, həmçinin Paralimpiya rekordu müəyyənləşdirib.
Digər idmançımız Yuliya Yanovskaya isə yarışı beşinci pillədə tamamlayıb.
Xatırladaq ki, daha əvvəl L.Vəliyeva 100 metr məsafəyə qaçış yarışında gümüş medala sahib olmuşdu.
Qeyd edək ki, Azərbaycan komandasının hesabında 18 medal var. Bunlardan 13-ü qızıl, 1-i gümüş və 4-ü isə bürünc medaldır.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay









