BAKU Azərbaycan
17.03 °C

Şahmatçılarımız AÇ-də mübarizəni davam etdirirlər – NƏTİCƏLƏR

İslandiyanın paytaxtı Reykyavikdə davam edən şahmat üzrə fərdi açıq Avropa çempionatının 3-cü turunun oyunları keçirilib.

GAZETTE xəbər verir ki, bu turda qitə birinciliyində iştirak edən şahmatçılarımızdan Rauf Məmmədov Voytex Plat (Polşa), Nicat Məmmədov Martin Vekker (Almaniya) üzərində qələbə qazanıblar. Digər təmsilçilərimizdən Nicat Abasov Hans Stefansson (İslandiya), Vasif Durarbəyli David Qavrilesku (Rumıniya), Riad Səmədov isə Alexandr Domalçuk (Ukrayna) ilə heç-heçə edib. Turnirdə iştirak edən 6 şahmatçımızdan yalnız Aydın Süleymanlı turu məğlub başa vurub. Yeniyetmə şahmatçımız Almaniya təmsilçisi Liviu Dieter Nisipeanu ilə qarşılaşmada məğlubiyyətlə barışıb.

Üç turdan sonra şahmatçılarımızdan R.Məmmədov, N.Məmmədov 2,5, N.Abasov, V.Durarbəyli 2, A.Süleymanlı 1,5, R.Səmədov 1 xala malikdirlər.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət fərdi açıq Avropa çempionatı senytabrın 5-dək davam edəcək.