BAKU Azərbaycan
15.03 °C

Şahmatçılarımız ilk turda 4 qələbə qazanıblar – Avropa çempionatı

Avqustun 26-da İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə açıq Avropa çempionatına start verilib.

GAZETTE xəbər verir ki, qitə çempionatında iştirak edən kişi şahmatçılarımız ilk turu 4 qələbə və 2 heç-heçə ilə başa vurublar.

Belə ki, birinci turunda təmsilçilərimiz Nicat Abbasov Vignir Vatnar Stefanssonu (İslandiya), Rauf Məmmədov Tarun Kanyamaralanı (İrlandiya), Vasif Durarbəyli Torsteyn Torsteynssonu (İslandiya), Aydın Süleymanlı isə Tomas Nilseni (Danimarka) məğlub etməyi bacarıb.

Read Səmədovun İvan Sariçlə (Xorvatiya), Nicat Məmmədovun isə Dimitrios Pappelislə (Yunanıstan) keçirdikləri görüşlərdə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan qitə birinciliyinin qalibi 2023-cü ildə təşkil ediləcək şahmat üzrə Dünya Kuboku yarışında iştirak hüququ əldə edəcək.

Xatırladaq ki, kişilərlə yanaşı qadın şahmatçıların da iştirak etdikləri Avropa çempionatı sentyabrın 5-dək davam edəcək.