
Reklam
26 Avqust 2021, 01:05
1053
Voleybol yığmamız Avropa çempionatında son oyununu keçirib
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında son oyununa çıxıb.
GAZETTE xəbər verir ki, komandamız qrup mərhələsində sonuncu oyununda Fransa yığması ilə qarşılaşıb. Görüş Fransa millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
AÇ-da F qrupunda mübarizə aparan yığmamız Belçika, Rusiya, Serbiya, Bosniya və Herseqovina milli komandaları ilə keçirdiyi oyunlarda rəqiblərinə eyni hesabla, 0:3 hesabı ilə məğlub olub.
Beləliklə, qrup mərhələsində bütün görüşlərini məğlubiyyətlə başa vuran Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





