BAKU Azərbaycan
15.03 °C

“Sinquefield Cup”da Şəhriyar növbəti dəfə məğlub olub

ABŞ-ın şahmat paytaxtı hesab edilən Sent-Luis şəhərində “Grand Chess Tour” turnirinin son mərhələsi olan “Sinquefield Cup”da 7-ci turun oyunları keçirilib.

GAZETTE xəbər verir ki, turnirdə iştirak edən qrosmeysterimiz Şəhriyar Məmmədyarovla yerli şahmatçı Fabiano Caruana arasında baş tutan görüş ABŞ təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Bu Şəhriyarın turnirdə aldığı ikinci məğlubiyyət olub. Daha öncə Məmmədyarov 4-cü turda yerli şahmatçı Səm Şənkləndə məğlub olmuşdu. 

Geridə qalan 7 turdan sonra aktivində 3 xal (1 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət) olan qrosmeysterimiz turnir cədvəlində 6-8-ci pillələrdə qərarlaşıb.

Növbəti, 8-ci turda Şəhriyar Məmmədyarov amerikalı zəka sahibi Ceffri Şonqla qarşılaşacaq.

Qeyd edək ki, 7-ci tur çərçivəsində keçirilən oyunlarda Peter Svidler (Rusiya) Dariuş Sverşdən (ABŞ), Maksim Vaşe-Laqrav (Fransa) isə Ceffri Şonqdan üstün olub. Riçard Lapport (Macarıstan) – Leyner Domiqes (ABŞ) və Vesli So – Sən Şənklənd (hər ikisi ABŞ) qarşılaşmaları isə bərabərliklə nəticələnib.