
Reklam
25 Avqust 2021, 10:38
818
Millimiz AÇ-da ardıcıl 4-cü oyunda da məğlub oldu
Dörd ölkənin təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan yığması növbəti görüşünü keçirib.
GAZETTE xəbər verir ki, F qrupunda 4-cü oyununa çıxan millimiz bu dəfə turnirə ev sahibliyi edən ölkələrdən Serbiya yığması ilə qarşılaşıb.
Çempionatın aşkar favoritlərindən olan serblərə quru hesabla, 3-0 (25-17; 25-20; 25-19) uduzan voleybolçularımız qitə birinciliyində ardıcıl 4-cü məğlubiyyətlə üzləşmiş olublar.
Millimiz çempionatda son görüşünü bu gün Fransa yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması qrupda buna qədər Belçika, Bosniya və Herseqovina və Rusiya millilərinə qarşı keçirdiyi görüşlərdə də rəqiblərinə eyni hesabla (0-3) məğlub olmuşdu.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





