BAKU Azərbaycan
16.03 °C

“Sinquefield Cup”da 5-ci tur oynanılıb – Şəhriyar heç-heçə edib

ABŞ-ın şahmat paytaxtı Sent-Luis şəhərində “Grand Chess Tour” şahmat seriyasının beşinci mərhələsi olan “Sinquefield Cup”da 5-ci turun görüşləri keçirilib.

GAZETTE xəbər verir ki, turnirdə iştirak edən qrosmeysterimiz Şəhriyar Məmmədyarov bu turda yerli şahmatçı Lenyer Dominqeslə üz-üzə gəlib və görüş heç-heçə başa çatıb.  

5-ci turda qeydə alınmış nəticələr

Geridə qalan 5 turdan sonra aktivində 2,5 xal (1 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət) olan qrosmeysterimiz 10 şahmatçının iştirak etdiyi turnirdə 5-7-ci yerləri bölüşür. Növbəti turda Ş.Məmmədyarovun rəqibi daha bir yerli şahmatçı Dariuş Sverş olacaq.

Növbəti turda üz-üzə gələcək cütlüklər

Qeyd edək ki, klassik şahmat üzrə keçirilən yarışda ümumilikdə 10 qrossmeyster – ABŞ təmsilçiləri Uesli So, Ceffri Şonq, Fabiano Karuana, Samuel Şankland, Dariuş Sverş, Lenyer Dominqes, fransalı Maksim Vaşe-Laqrav, rusiyalı Petr Svidler və macarıstanlı Riçard Rapport iştirak edir.

5 turdan sonra formalaşan turnir cədvəli

Turnirin mükafat fondu 325 min dollardır. Onun 90 min dollarını qalib qazanacaq.

Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi “Superbet Chess Classic Romania”ın qalibi olub.