Azərbaycan və İran HDQ nümayəndə heyətləri arasında görüş keçirilib

İran ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) şimal donanmasının komandanı kontr-admiral Əbdülvahab Tahirinin və Azərbaycan HDQ komandanın müavini birinci dərəcəli kapitan Həbib Xəlilovun rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən GAZETTE-yə verilən məlumata görə, görüşdə “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsinin təşkili və keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Kontr-admiral Ə.Tahiri azərbaycanlı nümayəndə heyətini İranda görməkdən məmnunluğunu ifadə edib, ölkəmizə bu yarışda müvəffəqiyyətlər arzulayıb.

Birinci dərəcəli kapitan H.Xəlilov “Dəniz Kuboku” müsabiqəsinin bu il İranda təşkil olunmasına görə iranlı həmkarına təşəkkürünü bildirib. Yarışın iştirakçı ölkələr arasında dostluq münasibətlərinin daha da artırılması məqsədi ilə keçirildiyini vurğulayıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR