Ramil Qasımov “COVİD-19”-a yoluxduğu üçün paralimpiyadadan uzaqlaşdırıldı

“Tokio-2020” XVI Paralimpiya Oyunlarında iştirak etmək üçün Yaponiya paytaxtına gələn cüdoçumuz, “Rio-2016”-nın qızıl mükafatçısı Ramil Qasımov yeni növ koronavirus infeksiyasına yoluxub.

Azərbaycan Milli Paralimpiya Komitəsindən GAZETTE-yə daxil olan məlumata görə, Tokiodakı Atletlər kəndində idmançımızdan götürülən “COVID-19” testinin nəticəsi müsbət çıxıb. Azərbaycan komandasının tələbi ilə bir neçə saat sonra götürülən təkrar test nümunəsinin də nəticəsi müsbət çıxdığına görə cüdoçumuz yarışlardan kənarlaşdırılıb. O, Tokioda xüsusi karantin zonasına yerləşdirilib. Ramil Qasımov karantin müddəti başa çatdıqdan sonra vətənə qayıdacaq.

Komitədən bildirilib ki, Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvünün PCR testlərinin nəticələri mənfi çıxsa da, onlar da yüngül karantin rejimində qalacaqlar. Cüdo komandasının digər üzvlərindən gündəlik test nümunələri götürüləcək. Yüngül karantin rejimi zonasına yerləşdirilmiş idmançılarımız məşqlərinə davam edərək, yarışlara qatılacaqlar. Lakin onların açılış mərasimində iştirak etmələrinə icazə verilməyəcək.

Qeyd edək ki, 11 cüdoçumuz arasında ikiqat paralimpiya çempionu İlham Zəkiyev də yer alıb. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekində keçirilmiş Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev olacaq.

Həmçinin vurğulanıb ki, Tokioda Atletlər kəndində yerləşən idmançılarımızın səhhətində heç bir problem yoxdur. Komandanın bütün üzvləri yarışlara tam hazırdır.

SON XƏBƏRLƏR

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

BÜTÜN XƏBƏRLƏR