BAKU Azərbaycan
11.03 °C

Azərbaycan çempionatında qrup ötüşməsinin qalibləri müəyyənləşib

İsmayıllıda keçirilən şose velosipedi üzrə Azərbaycan çempionatı davam edir.

GAZETTE xəbər verir ki, ikinci yarış günündə 5 yaş kateqoriyası üzrə qrup ötüşməsinin qalibləri müəyyənləşib.

15 yaşadək qızların 30 kilometr məsafəyə mübarizəsi 7 saylı Olimpiya Ehtiyatları Məktəbinin üzvü Ayan Məmmədzadənin qələbəsi ilə yekunlaşıb. Bu yaş kateqoriyasında eyni məsafəyə yarışan oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Ravi Rzayev finiş xəttini birinci keçib.

U-17 yaş kateqoriyasında çıxış edən velosipedçilər 50 kilometr məsafə qət ediblər və qələbəni Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri Radha Şabanova ilə Hüseyn Nərimanov bayram ediblər.

Gənc qızların 50 kilometr məsafəyə qrup ötüşməsində Respublika Olimpiya Velosiped Məktəbinin idmançısı Viktoriya Sidorenko çempionluq sevinci yaşayıb.

Sonuncu yarış günündə – avqustun 21-də gənc oğlanlar, həmçinin kişilər və qadınlar arasında qrup ötüşməsi üzrə ölkə çempionları müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) göndəriləcək və toplanan xallar həm idmançıların, həm də ölkəmizin reytinq cədvəlində öz əksini tapacaq.

?‍♀️ U15 (QIZLAR) – 30 KM
? Ayan Məmmədzadə (7İOEUGİM)
? Aybəniz Abbaszadə (ROEQİUGVM)
? Məryəm Əfqanzadə (ROEQİUGVM)

? U15 (OĞLANLAR) – 30 KM
? Ravi Rzayev (ROEQİUGVM)
? Maksim Trindelov (7İOEUGİM)
? Murad Dadaşov (ROEQİUGVM)

?‍♀️ U17 (QIZLAR) – 50 KM
? Radha Şabanova (ROEQİUGVM)
? İradə Əbdürəhmanova (7İOEUGİM)
? Diana Sidorenko (ROEQİUGVM)

?‍♂️ U17 (OĞLANLAR) – 50 KM
? Hüseyn Nərimanov (ROEQİUGVM)
? Tamerlan Vitovskiy (ROEQİUGVM)
? Mirsaleh İbadov (ROEQİUGVM)

?‍♀️ GƏNC QIZLAR – 50 KM
? Viktoriya Sidorenko (ROEQİUGVM)
? Lalə Əbdürəhmanova (7İOEUGİM)
? Zəhra Əfqanzadə (ROEQİUGVM)