Bu il 10 min 337 nəfər magistraturaya qəbul olub

Bu il 10 min 337 nəfər Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olub.

Bu barədə Gazette-yə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, onlardan 9 min 423-ü Azərbaycan bölməsi, 914 nəfəri isə rus bölməsi üzrə qəbul olub.

Qəbul olunanlardan 3770 nəfəri dövlət sifarişi, 6567 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Dövlət İmtahan Mərkəzinin kollektivi adından magistr adını qazanan bütün tələbələri təbrik edirik. Əminik ki, yüksək bilik və bacarığa malik, intellektual gənclər ordusu sıralarını zənginləşdirən magistrlər gələcəkdə Azərbaycan elminin inkişafına öz töhfələrini verəcəklər.

Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 11135 yerin 92.83 %-i dolub. Bu son illər qeydə alınmış ən yüksək göstəricidir. Ötən il müvafiq göstərici 88.4 %, 2019-cu ildə isə 78.1 % olub.

Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universitetində, Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Azərbaycan Bakı Biznes Universitetində, Bakı Qızlar Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri tam, Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Gəncə Dövlət Universiteti, Texnologiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Kooperasiya və Odlar Yurdu Universitetlərində plan yerləri 95 % və daha çox dolub. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Azərbaycan İlahiyyat İnstituna (37.5 %) aiddir.

SON XƏBƏRLƏR

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

BÜTÜN XƏBƏRLƏR