BAKU Azərbaycan
12.03 °C

Şəhriyar Məmmədyarov blits yarışında 3 qələbə qazanıb

ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun da qatıldığı “Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsi – “Saint Louis Rapid and Blitz 2021” turniri davam edir.

Gazette.az xəbər verir ki, şahmatçılar turnirin blits yarışının 9 turunda iştirak ediblər. Ş. Məmmədyarov 9 turun 3-nü qələbə ilə başa vurub, 4-də heç-heçə edib, 2-də isə məğlub olub.

Ümumi nəticəyə görə, şahmatçımız 13 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, mükafat fondu 150 min ABŞ dolları olan turnir 9 rapid və 18 blits turdan ibarətdir və turnirdə son 9 tur bu gün oynanılacaq.