BAKU Azərbaycan
11.03 °C

“Səbail” və “Sumqayıt” ilk turda qələbə qazanıblar – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci turun iki oyunu keçirilib.

Gazette.az xəbər verir ki, açılış oyununda “Sabah” və “Səbail” komandaları üz-üzə gəliblər. “Bank Respublika Arena”dakı görüş qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 30-cu dəqiqədə “Səbail”in yeni transferi, albaniyalı müdafiəçi Yurgen Qoxa vurub.

Günün digər oyunu “Keşlə” və “Sumqayıt” komandaları arasında keçirilib. “ASK Arena”da baş tutan görüş qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada hər iki qolu “Sumqayıt”ın yarımmüdafiəçisi Rəhim Sadıxov 83 və 89-cu dəqiqələrdə rəqib qapısından keçirib.

Qeyd edək ki, Premyer Liqada bu gün daha iki matç keçiriləcək. Son ölkə çempionu “Neftçi” Bakıda “Qəbələ”ni qəbul edəcək, çempionatın gümüş mükafatçısı “Qarabağ” isə “Zirə”nin qonağı olacaq.

“Sabah” – “Səbail” matçının icmalı:

“Keşlə” – “Sumqayıt” görüşünün icmalı: