BAKU Azərbaycan
11.03 °C

I Divizionun püşkatma mərasimi keçiriləcək

Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Peşəkar Futbol Liqasından (PFL) Gazette.az-a verilən məlumata görə, mərasim 18 avqust tarixində AFFA-nın inzibati binasında baş tutacaq.

Saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri dəvətlidir.

Qeyd edək ki, I Divizionda yeni mövsüm 13 sentyabrda start götürəcək.