BAKU Azərbaycan
11.03 °C

“Bursaspor” Namik Ələskərovu transfer etdi – “Neftçi” hüquqi proseslərə başladı

Türkiyənin “Bursaspor” klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərov ilə müqavilə imzalayıb.

Gazette.az xəbər verir ki, Türkiyənin Birinci Liqa təmsilçisi son olaraq “Neftçi”də çıxış edən 26 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları barədə məlumat verməyib.

Eyni zamanda Bakının “Neftçi” klubu Namik Ələskərovun “Bursaspor”la müqavilə imzalaması ilə bağlı bəyanat yayıb.

Klubun bəyanatında deyilir: “”Neftçi” futbolçumuz Namik Ələskərovun “Bursaspor”la rəsmi müqavilə imzalanması ilə bağlı verdiyi elanla artıq tanışdır. Hesab edirik ki, futbolçumuz heç bir əsas olmadan klubu ilə birtərəfli şəkildə müqaviləyə xitam verib. Bunu əsas götürərək, “Neftçi” futbolçusu N.Ələskərova və müqavilə imzaladığı Türkiyə klubuna qarşı gecikmədən hüquqi proseslərin başlanması ilə əlaqədar vəkillərə tapşırıq verib”.