BAKU Azərbaycan
11.03 °C

APL-də yeni mövsümə start verilir – CƏDVƏL

Bu gün Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə start veriləcək.

Gazette.az xəbər verir ki, 1-ci turda ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Sabah” doğma meydanda “Səbail”i qəbul edəcək.

Digər görüşdə isə “Sumqayıt” səfərdə “Keşlə” ilə üz-üzə gələcək.
 
Azərbaycan Premyer Liqası, 1-ci tur

14 avqust

18:30. “Sabah” – “Səbail”
Hakimlər:
 Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev

“Bank Respublika Arena”

20:30. “Keşlə” – “Sumqayıt”
Hakimlər:
 Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli

“ASK Arena”

15 avqust

18:00. Zirə” – “Qarabağ”

20:00. “Neftçi” – “Qəbələ”

Qeyd edək ki, tribunalara arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar buraxılacaq və bütün görüşlər “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.