BAKU Azərbaycan
10.03 °C

Qadın şahmatçılarımız AÇ-də növbəti oyunlarını keçiriblər – NƏTİCƏLƏR

Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının 4-cü turunun oyunları keçirilib.

Gazette.az xəbər verir ki, təmsilçilərimizdən Gövhər Beydullayeva Belarus şahmatçısı Kseniya Zeliantsova, Xəyalə Abdulla avstriyalı Jasmin-Denis Şloffer, Zeynəb Məmmədyarova slovakiyalı Stella Sankova üzərində qələbə qazanıblar.

Günay Məmmədzadə ermənistanlı Elina Danielyan, Gülnar Məmmədova komanda yoldaşı Ülviyyə Fətəliyeva, Xanım Balacayeva sloveniyalı Zala Urh, Türkan Məmmədyarova rumıniyalı Andrea-Marioara Kosmanla heç-heçə oynayıblar.

Nəsrin Babayeva serbiyalı Marina Qayçin, Ayan Allahverdiyeva isə rumıniyalı Mixaela Sanduya məğlub olublar.

Dörd turdan sonra G.Məmmədzadə 3,5, G.Beydullayeva 3, Ü.Fətəliyeva, G.Məmmədova, X.Balacayeva, X.Abdulla 2,5, Türkan və Zeynəb Məmmədyarovalar 2, A.Allahverdiyeva və N.Babayeva 1 xal qazanıblar.

Qeyd edək ki, ümumi mükafat fondu 60 min avro təşkil edən qitə birinciliyi avqustun 21-dək davam edəcək.

Şahmatçılarımızın növbəti turda qaşılaşacağı rəqiblər: