BAKU Azərbaycan
11.03 °C

“Neftçi” Avropa Liqası ilə vidalaşdı

Bu gün Bakının “Neftçi” klubu UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Gazette.az xəbər verir ki, Finladiyada HİK-in qonağı olan son Azərbaycan çempionu rəqibinə 3-0 hesabı ilə məğlub olub və Avroliqa ilə vidalaşıb. 

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk matçda qalib müəyyən edilməmişdi, 2:2.

Qeyd edək ki, “Neftçi” Avropa Liqasında mübarizəni dayandırsa da yoluna Konfrans Liqasının davam etdirəcək. Belə ki, “ağ-qaralar” yeni yaradılmış turnirin pley-offunda “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.

HİK (Finlandiya) – “Neftçi” (Azərbaycan) – 3:0
Qollar:
 Riski, 46, 60-pen. 90