Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri Şuşaya səfər ediblər – FOTO

İyulun 29-da Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər və rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfər ediblər.

Gazette.az xəbər verir ki, əvvəlcə qonaqlar Şuşadakı Saatlı məscidinə gəliblər. Onlara məlumat verilib ki, bu məscid Ermənistanın işğalı dövründə Qarabağdakı digər məscidlər, dini və mədəni abidələr kimi dağıdılıb. Hazırda məsciddə yenidənqurma və bərpa işləri aparılır.

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri daha sonra Azərbaycanın tanınmış şəxsiyyətləri Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri önünə gəliblər. İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qoyulub.

Sonra qonaqlar Xurşidbanu Natəvanın ermənilər tərəfindən dağıdılmış ev kompleksinə baxıblar. Məlumat verilib ki, lirik şeirlər müəllifi olan Xurşidbanunun evi Şuşa Ermənistan tərəfindən işğal olunana qədər şəhərin memarlıq baxımından özünəməxsus tikililərindən hesab olunurdu. Natəvanın evi şəhərin ən gözəl binalarından biri olub və tikililər içində xüsusilə seçilib. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra Natəvanın evi ermənilər tərəfindən məqsədyönlü şəkildə dağıdılıb.

Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər və parlament nümayəndə heyətləri Şuşa Qala divarları ilə tanışlıqdan sonra Aşağı və Yuxarı Gövhər Ağa Məscidlərini ziyarət ediblər.

Sonra parlament nümayəndə heyətləri Cıdır düzündə olublar.

SON XƏBƏRLƏR

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

BÜTÜN XƏBƏRLƏR