BAKU Azərbaycan
20.03 °C

“Tokio-2020”-də daha iki cüdoçumuz mübarizəyə qoşulacaq – FOTO

Bu gün daha iki idmançısımız, cüdoçularımız Uşangi Kokauri və İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk görüşlərinə çıxacaqlar.

Gazette.az xəbrər verir ki, Yaponiyaya yollanmış cüdoçularımızdan 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparaq Kokauri 1/16 finalda Matsey Sarnaçki (Polşa) ilə, Kindzerska (+78) isə 1/8 final mərhələsində İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq.

Bundan başqa, 81 kq dərəcəsində yer alan boksçumuz Alfonso Dominges 1/4 final oyununa çıxacaq. O, Türkiyə idmançısı Bayram Malkanla üz-üzə gələcək. Dominges qələbə qazanacağı təqdirdə ən azı bürünc medalı təmin edəcək.

Xatırladaq ki, iyulun 29-da daha iki idmançımız – cüdoçu Zəlim Kotsoyev və boksçu Məhəmməd Abdullayev 1/8 finalda uduzaraq yarışı tərk ediblər.

Qeyd edək ki, 40 lisenziya üzrə 44 idmançı ilə təmsil olunduğumuz olimpiadada indiyə kimi 21 idmançımız mübarizəni dayandırıb.