BAKU Azərbaycan
15.03 °C

“Qarabağ” Konfrans Liqasında yoluna davam edir – FOTO

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Gazette.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən klublardan “Keşlə” Bakıda Rusiyanın “Soçi” komandasını qəbul edib və rəqibinə 2:4 hesabı ilə məğlub olub. Komandalar arasında Rusiyada keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatdığından Sənan Qurbanovun komandası turnirlə vidalaşıb.


İyulun 21-də Serbiyada “Çukariçki” klubu ilə heç-heçə oynayan “Sumqayıt” “Kapital Bank Arena”da qəbul etdiyi rəqibinə 0:2 məğlub olaraq ilk dəfə təşkil edilən Konfrans Liqasında mübarizəni dayandırıb.

Azərbaycanın turnirdəki digər təmsilçisi “Qarabağ” isə ilk oyunda evdə 0:0 hesablı heç-heçə etdiyi “Aşdod”a (İsrail) səfərdə 1:0 hesabı ilə qalib gələrək mərhələni adlayıb. Ağdamlılar 3-cü təsnifat mərhələsində AEL (Kipr) klubu ilə qarşılaşacaq. Tərəflər arasındakı ilk oyun avqustun 5-də Kiprdə keçiriləcək.