Zakir Həsənov Slovakiyanın nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Miroslav Lorincin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan və Slovakiya arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hərbi sahədə əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə müsbət təsir etdiyini qeyd edib.

Nazir mövcud hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edərək, bu əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general M.Lorinc hərbi əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.

Baş Qərargahda təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Slovakiyanın nümayəndə heyəti ilə görüşüb.

Görüşlərdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və müdafiə sahəsində qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.

SON XƏBƏRLƏR

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq

Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir

Kamran Əliyev Rusiya Baş prokuroru ilə görüşüb

Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

DİN-də Kollegiya iclası keçirilib

Zakir Həsənov Slovakiyanın nümayəndə heyətini qəbul edib

Baş nazir Əli Əsədov Gürcüstana getdi

Hacı Vəliyevin cəzası azaldıldı

Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı

Bakı Beynəlxalq İncəsənət Festivalının təntənəli açılış mərasimi keçirilib

İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib

Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək

Müharibədən sülhə keçid: Azərbaycanın təcrübəsi və beynəlxalq hüququn əhəmiyyəti

Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi

Cümhuriyyətə aparan tarixi yol - Türkiyə Cümhuriyyəti 103 yaşında

Polis Akademiyasının kursantları Zəfər Parkı və Zəfər Muzeyini ziyarət ediblər

Nurlan Ordubadlı təltif edilib

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

Prezidentdən MÜHÜM FƏRMAN

BÜTÜN XƏBƏRLƏR