
Reklam
16 İyun 2022, 14:05
687
Baş katib: "Madriddə keçiriləcək zirvə toplantısı NATO-nu dəyişəcək"
“İyunun sonunda Madriddə keçiriləcək zirvə toplantısı NATO-nu dəyişəcək”.
Gazette.az “RAİNews”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO müdafiə nazirləri konfransının ikinci gününün açılışında bildirib.
“NATO-dakı müttəfiqlərimiz Ukraynanın Rusiyaya qarşı mübarizəsində uzun yolu qət etməyə hazırdır. Madriddə NATO-nu transformasiya edəcək sammitimiz olacaq. Bu toplantıda biz müdafiə və çəkindirmə, modernləşdirmə ilə bağlı mühüm qərarlar qəbul edəcək, “Strateji Kompas”ı təsdiqləyəcəyik. Asiyalı tərəfdaşlarımız, habelə Finlandiya və İsveçlə də təmaslarımız olacaq”, - Baş katib qeyd edib.
Onun sözlərinə görə, sammitdə müdafiə xərclərinin artırlmasına dair qərar qəbul olunacaq.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





