Zakir Həsənov əsaslı təmir olunan hərbi hissənin açılışında iştirak edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə azad edilən ərazilərdə yeni hərbi şəhərciklərin açılışı davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əsaslı təmir olunan hərbi hissənin açılışında iştirak edən Müdafiə nazirinə məruzə edilib ki, şəhərcik hərbi qulluqçuların bütün zəruri ehtiyaclarının tam təmin edilməsi üçün müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Mərkəzi istilik sistemi quraşdırılan hərbi hissədə silah otağı, yataqxana, yeməkxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-camaşırxana-qazanxana kompleksi, avtomobil parkı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

Hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb. Ərazidə abadlıq işləri aparılıb və müxtəlif növ ağaclar əkilib.

Müdafiə naziri hərbi qulluqçuların xidmət və sosial şəraitinin daha da yaxşılaşdırılması, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, xüsusilə də azad edilən ərazilərdə xidmət edən şəxsi heyətin bütün zəruri ehtiyaclarının təmin olunması barədə müvafiq tapşırıqlar verib.

Sonda “Zəfər Günü” münasibəti ilə hazırlanan tort kəsilib və general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə nahar edib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR