Ali Məhkəmədə yaradıcılıq sərgisi təşkil olunub

Azərbaycan Respublikasının Ali Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə həssas qruplardan olan şəxslərin əl işlərindən ibarət sərgi təşkil olunub.

Sərgidə Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçi və benefisiarlarının 80-dək əl işi nümayiş etdirilib. Müxtəlif janrlarda milli dövlətçilik ruhunda tərtib edilmiş əsərlərin mövzusu qanunçuluq, suverenlik, vətənpərvərlik və insan hüquqları kimi dəyərləri əhatə edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbəri Cavid Hüseynov diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Ali Məhkəmə bir sıra tədbirlər həyata keçirib və bu istiqamətdə işlər hazırda da davam etdirilir. Həmin tədbirlər çərçivəsində keçirilən bu sərgi də hüquqi dövlətin əsas dəyərlərindən biri olan insan amilinə verilən önəmin təzahürüdür.

Qeyd edilib ki, məhkəmə hakimiyyəti tərəfindən belə təşəbbüslər daim dəstəklənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev çıxışında Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətindən bəhs edib. Mərkəzin inklüziv cəmiyyətin inkişafında rolunu vurğulayan Fuad Musayev bu sərginin də “Konstitusiya və Suverenlik İli”nə töhfə olduğunu qeyd edib.

Burada təqdim edilən əsərlər təkcə yaradıcılıq nümunəsi deyil, həm də əzmin və peşəkarlığın göstəricisi kimi səciyyələndirilib.

Daha sonra Ali Məhkəmənin əməkdaşları, könüllülər, tələbələr və digər şəxslər sərgi ilə tanış olublar.

Tədbir çərçivəsində “Könüllü DOST” proqramının “İnklüziv DOST” altproqramı üzrə Mərkəzdə fəaliyyətə cəlb edilmiş gənclər üçün Ali Məhkəmə tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları” mövzusunda seminar da təşkil edilib.

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR