Nərgiz Rusiyaya buraxılmadı
Mədəniyyət
26.05.2022 / 12:09
Rusiyanın populyar müğənnisi Nərgiz Zakirova Daşkənddən Moskvaya qayıdarkən saxlanılıb.
Gazette.az olay-a istinadən xəbər verir ki, "Domodedovo" hava limanından buraxılmayıb. Qeyd olunub ki, o, Özbəkistana deportasiya olunacaq.
"Nərgiz Zakirova Rusiyaya buraxılmayıb. O, hazırda Daşkənddən uçduğu "Domodedovo" hava limanındadır", - deyə vesti.uz-un məqaləsində bildirilir.
Qeyd edək ki, sənətçi apreldə Ukraynadakı vəziyyət fonunda Özbəkistana qayıtmışdı. Müğənni son zamanlar Rusiya ilə bağlı sərt açıqlamaları ilə də diqqət çəkmişdi.