Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?

Mövzu ilə bağlı əmlak eksperti Şahin İbadoğlu Trend-ə açıqlamasında bildirib ki, sənədsiz yaşayış evlərinin kommunal xidmətlərə qoşulması məsələsində tikilinin hüquqi statusu və mövcud sənədləri əsas rol oynayır.

Onun sözlərinə görə, yaşayış evinin çıxarışının, yəni kupçasının olmaması bütün hallarda həmin evin kommunal xidmətlərə qoşulmasının mümkünsüzlüyü demək deyil:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli, 189 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Qaz təchizatı sisteminə dair Qaydalar’ın 53.2.4-cü yarımbəndinə əsasən, qaz şəbəkəsinə qoşulma zamanı yalnız tikilinin çıxarışı deyil, tikinti obyektinə və ya onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu, yaxud digər əşya hüququnu təsdiq edən sənədlər də nəzərə alınır. Vətəndaşın yaşayış evinə çıxarışı olmasa belə, tikilinin özünə və ya yerləşdiyi torpaq sahəsinə dair qanunvericiliyin tələblərinə cavab verən hüquqmüəyyənedici sənədləri varsa, qaz təchizatı şəbəkəsinə qoşulmaq üçün müraciət edə bilər”.

Ekspert qeyd edib ki, həmin Qaydaların 54-cü hissəsində ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə yerləşən tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması proseduru da müəyyənləşdirilib. Bu zaman müvafiq sənədlər təqdim edilməli, texniki şərtlər alınmalı, qaz təchizatı layihəsi hazırlanmalı və təhlükəsizlik tələblərinə əməl olunmalıdır.

Ş.İbadoğlu vurğulayıb ki, bu müddəalar heç bir hüquqi əsası olmayan tikililərin avtomatik qazlaşdırılması demək deyil:

“Xüsusilə mühafizə zonalarında, kommunikasiya xətlərinin üzərində və tikinti aparılması qadağan edilən ərazilərdə yerləşən evlərə münasibətdə qanunvericiliyin məhdudiyyətləri nəzərə alınmalıdır. Eyni zamanda, kommunal xidmətlərdən istifadə tikiliyə mülkiyyət hüququ yaratmır və onun qanuniləşdirilməsi kimi qiymətləndirilə bilməz”.

Onun fikrincə, əsas yanaşma sənədsiz evləri ümumilikdə qanunsuz hesab etmək deyil, hər bir tikilinin hüquqi vəziyyətini fərdi qaydada araşdırmaq olmalıdır.

“Vətəndaşın torpaq sahəsi və ya tikili üzərində qanuni hüquqları mövcuddursa və texniki təhlükəsizlik tələbləri təmin edilirsə, kommunal xidmətlərə qoşulma məsələsinə qanunvericilik çərçivəsində baxılması mümkündür”, – deyə ekspert əlavə edib.

SON XƏBƏRLƏR

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib

Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?

Vüqar Orucun uğur yolu Türkiyə mediasında

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib

Baş prokuror vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub

Azərbaycan və Dünya Bankı dayanıqlı maliyyənin təşviqini müzakirə edib

Media və Yayım Şurası açıqlama yayıb

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır

Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

MİDA güzəştli mənzilləri satışa çıxarır - Qiymətlər açıqlandı

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,9 faiz artıb

Səhiyyə Nazirliyi qəzalı xəstəxana ilə bağlı AÇIQLAMA YAYDI

Lənkəranda məişət zəmnində zəhərlənmə hadisəsi baş verib

BÜTÜN XƏBƏRLƏR