ASK ilə ADFIMI arasında memorandum imzalanıb

İstanbul şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və İslam İnkişaf Bankının üzv ölkələrinin Milli İnkişaf Maliyyə İnstitutları Assosiasiyası (ADFIMI) arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi ASK və ADFIMI arasında sahibkarlığın inkişafı, investisiya və ticarət əlaqələrinin genişləndirilməsi, birgə tədbirlərin təşkili və biznes məlumatlarının mübadiləsi üzrə əməkdaşlığın yaradılmasıdır.

Qeyd edək ki, daha öncə cari ilin iyun ayında Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantıları çərçivəsində ASK və ADFIMI arasında görüş keçirilmiş, əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilmişdi.

İslam İnkişaf Bankının üzv ölkələrinin Milli İnkişaf Maliyyə İnstitutları Assosiasiyası (ADFIMI) 1986-cı ildə İordaniyanın Əmman şəhərində keçirilən İslam İnkişaf Bankı (IsDB) İdarə Heyəti Şurasının 11-ci iclasında təsis edilib. 1987-ci ildə İstanbulda keçirilən Baş Assambleya iclasında qərara əsasən, təşkilatın daimi qərargahı Türkiyənin İstanbul şəhərində yerləşdirilib və həmin ildən etibarən beynəlxalq hüquqi statusla fəaliyyətə başlayıb.

ADFIMI-nin əsas məqsədləri üzv ölkələrin inkişaf potensialını dəyərləndirmək, bankçılığın inkişafı sahəsində tədqiqat və metodologiyaları təşviq etmək, insan resurslarının təlimi və inkişafı üçün imkanlar yaratmaq, həmçinin üzvlər arasında əməkdaşlıq və şəbəkələşməni gücləndirməkdir. Assosiasiya kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, mikromaliyyə, maliyyə inklüzivliyi, yaşıl maliyyə və infrastruktur maliyyələşməsi kimi sahələrdə təşəbbüsləri dəstəkləyir.

SON XƏBƏRLƏR

Azərbaycançılıq ideologiyası informasiya suverenliyinin əsas təminatıdır

KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb

Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq

ASK ilə ADFIMI arasında memorandum imzalanıb

Zəfər günü ərəfəsində Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Zaur Əliyevin “Sahiblik” adlı yeni dərs vəsaiti işıq üzü görüb.

Daha 7 il Ombudsman olacaq

“ASAN xidmət” kollektivi Zəfər Gününü qeyd edib

Azərbaycanda "Quşçuluq qrupu" fəaliyyətə başlayıb

Pensiyalarla bağlı yeni qərar AÇIQLANDI

Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı

Bəzi ölkələr 3 günlük ərzaq ehtiyatı yığmağa çağırır - Məqsəd nədir?

Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu

Yakuboviç Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib

Yasamalda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

Bu ay 11 gün iş olmayacaq

Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?

BÜTÜN XƏBƏRLƏR