
Reklam
20 Avqust 2026, 11:38
45
Anar Nəcəfli AAYDA-dan getməyib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat doğru deyil.
Gazette.az Anews.az-a istinadla xəbər verir ki, Anar Nəcəfli hazırda fəaliyyətini davam etdirir və media sorğularını cavablandıran məsul şəxs olaraq qalır.
Əldə etdiyimiz məlumata görə, AAYDA-da struktur dəyişiklikləri aparılıb və bunun çərçivəsində mətbuat şöbəsi ləğv edilib. Buna baxmayaraq, media ilə kommunikasiya və jurnalist sorğularının cavablandırılması Anar Nəcəfliyə həvalə olunub.
Anar Nəcəflinin AAYDA-dan ayrılması və ya vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmır.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





