50-yə yaxın Marsol Group partnyorunun iştirakı növbəti görüş keçirilib

12 avqust tarixində 50-yə yaxın Marsol Group partnyorunun iştirakı ilə “Gülüstan Garden” restoranında “İşgüzar Səhər Yeməyi” keçirilib.
 
Faktor.az xəbər verir ki, görüş zamanı sahibkarlar fəaliyyət istiqamətləri barədə məlumat paylaşaraq yeni tanışlıqlar qurub və əməkdaşlıq imkanlarını müzakirə ediblər. Həmçinin Marsol Group-un fəaliyyəti və qarşıdakı layihələri barədə məlumat verilib.
 
Görüşdə Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev, Dövlət  Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsinin Hüquq şöbəsinin baş hüquqşünası Ceyhun Qurbanov və Kapital Bankın İnzibati idarəetmə departamentinin Satınalmalar şöbəsinin müdiri Rza Rzayev iştirak edərək təmsil etdikləri qurumların fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumat veriblər.
 
Görüş çərçivəsində sahibkarlarla dövlət və özəl sektor arasında B2G əlaqələrin qurulması üçün yeni imkanlar yaranıb.
 
Görüşün yeniliklərindən biri isə sahibkarların birbaşa ikitərəfli əlaqələr qurması və konkret əməkdaşlıq imkanlarını müzakirə etməsi üçün təşkil olunan “B2B müzakirə masaları” olub. Sahibkarların fəal iştirakı ilə görüş daha geniş biznes əlaqələrinin qurulmasına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradıb.

           

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR