Metrodan istifadə edənlərə VACİB XƏBƏR!

Avqustun 15-dən metroda yeni hərəkət sxemi tətbiq olunacaq.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, avqustun 15-dən Bakı metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması layihəsinin icrasına başlanılacaq:

"Layihə çərçivəsində İçərişəhər–Həzi Aslanov istiqamətində qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və 28 May stansiyası normal iş rejimində fəaliyyət göstərəcək. Bu istiqamətdə hərəkət edən qatarlar 28 May stansiyasında dayanacaqlar.

Əsas dəyişiklik 28 May və Nizami stansiyaları arasındakı tunellərlə bağlıdır. Belə ki, avqustun 15-dən etibarən 28 Maydan Nizami istiqamətinə qatarların hərəkəti dayandırılacaq və xətlərin ayrılması layihəsi başa çatanadək hərəkət tamamilə yeni sxem üzrə təşkil olunacaq.

Layihənin icrası müddətində qatarların hərəkəti Dərnəgül–Nizami istiqamətində təmin ediləcək. Bundan əlavə, iki xətt arasında sərnişindaşımanın təşkili məqsədilə yerüstü ictimai nəqliyyatın işi də müvafiq qaydada tənzimlənəcək.

Məlumata görə, noyabr ayından etibarən İçərişəhər–Həzi Aslanov istiqamətində qatarların hərəkət intervalı 2 dəqiqə 30 saniyə olacaq. Bunun üçün İçərişəhər stansiyasında gücləndirmə tədbirləri görülüb, əlavə maşinistlər cəlb olunub və qatarların stansiyanı daha operativ tərk etməsi təmin ediləcək.

Dərnəgül–Nizami istiqamətində isə qatarların hərəkət intervalı 3 dəqiqə 30 saniyə təşkil edəcək".

O qeyd edib ki, proses 10-11 ay davam edəcək.

"Ekppres avtobuslar isə ödənişli olacaq", - o əlavə edib

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR