Azərbaycan BMT-nin UNECE Komitəsinin rəhbərliyində təmsil olunacaq

Azərbaycan BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə Komitəsinin rəhbər heyətinə seçilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Cenevrədə keçirilən BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə Komitəsinin (CICPPP) 19-cu sessiyası çərçivəsində Azərbaycan 2026–2028-ci illər üzrə Komitə Bürosunun rəhbər heyətində təmsil olunmaq hüququ qazanıb. Belə ki, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Türkan Vüsət Komitə Bürosunun sədr müavini vəzifəsinə seçilib.

Komitə Bürosunun rəhbər heyətində təmsil olunmaq ölkəmizin dövlət-özəl tərəfdaşlığı sahəsində beynəlxalq standartların hazırlanması prosesində iştirakına imkan yaradır. Eyni zamanda, ölkəmizin beynəlxalq ekspert şəbəkələri ilə əməkdaşlığının genişlənməsinə, qabaqcıl metodologiyalar və uğurlu təcrübələrin ölkəmizdə tətbiqinə, eləcə də dövlət-özəl tərəfdaşlığı üzrə milli institusional və hüquqi çərçivənin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə töhfə verəcək. Eləcə də, Azərbaycanın dövlət-özəl tərəfdaşlığı sahəsindəki fəaliyyətinin beynəlxalq platformada təbliği üçün imkan yaranır ki, bu da xarici investorlar və inkişaf tərəfdaşları ilə yeni layihələrin reallaşdırılmasını stimullaşdırır.

Qeyd edək ki, BMT-nin Avropa İqtisadi Komissiyası iqtisadi əməkdaşlıq, ticarət, nəqliyyat, enerji, ətraf mühit, innovasiya və dövlət-özəl tərəfdaşlığı kimi sahələrdə beynəlxalq standartların, tövsiyələrin formalaşdırılmasında mühüm rol oynayan nüfuzlu regional təşkilatlardan biridir.

İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə Komitə UNECE-nin İqtisadi Əməkdaşlıq və İnteqrasiya alt proqramı çərçivəsində fəaliyyət göstərir və dövlət-özəl tərəfdaşlığı, innovasiya siyasəti, rəqabətlilik və dayanıqlı iqtisadi inkişaf istiqamətlərində beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir. Qurum dövlət-özəl tərəfdaşlığı üzrə beynəlxalq standartların, model qanunların və metodoloji sənədlərin hazırlanmasına rəhbərlik edən əsas platformalardan hesab olunur.

SON XƏBƏRLƏR

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

BÜTÜN XƏBƏRLƏR