İKTA və “Huawei” arasında əməkdaşlıq imkanları müzakirə edilib

Bakıda keçirilən “Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı” (WTDC-25) çərçivəsində Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu - İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə Çinin qlobal telekommunikasiya və texnologiya sahəsində lider şirkətlərdən biri olan “Huawei”in nümayəndə heyətlərinin görüşü keçirilib.

Agentlikdən Gazette.az-a bildirilib ki, görüşdə qlobal telekommunikasiya sektorundakı yeniliklər, simsiz rabitə sənayesinin inkişaf tendensiyaları, müasir texnologiyalar, spektr planlaması və perspektivləri, habelə yerüstü mobil rabitə və peyk sənayesi arasında yaranan sinerji imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin milli spektr idarəçiliyi, mobil rabitə infrastrukturunun inkişafı və bu sahədə tənzimləmə məsələləri müzakirə olunub.

“Huawei” rəsmiləri şirkətin ən son texnoloji yenilikləri və qlobal fəaliyyət istiqamətləri barədə məlumat veriblər, Azərbaycanın telekommunikasiya və rəqəmsal transformasiya sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndiriblər.

Görüş yeni nəsil texnologiyaların tətbiqi, spektr siyasətinin təkmilləşdirilməsi və ölkənin telekommunikasiya ekosistemində innovativ həllərin təşviqi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.

Tərəflər “WTDC-25”in regionun rəqəmsal inkişafına töhfələr verəcəyini vurğulayaraq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində razılığa gəliblər.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR