Yanvarda TANAP-la 0,5 milyard kubmetrdən çox qaz nəql olunub

Bu ilin yanvar ayında Azərbaycanda təxminən 2,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə nazirliyin yanvar ayı üzrə neft-qaz göstəriciləri ilə bağlı açıqladığı hesabatda deyilir.

Hesabata əsasən, ölkə üzrə neft hasilatının 1,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 2,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 2,2 milyon tondan çoxu konsorsiumun, 79,8 min tonu isə SOCAR-ın payına düşür.

2022-ci ilin yanvar ayında ölkədə 4,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 1,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 2,2 milyard kubmetri “Şahdəniz”dən, 0,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 12,9 % artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı təxminən 2 milyard kubmetr təşkil edib. Türkiyəyə təqribən 0,8 milyard kubmetr, Avropaya təqribən 0,8 milyard kubmetr, Gürcüstana isə 0,4 milyard kubmetr qaz ixrac edilib. Qeyd edək ki, Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə bu müddətdə 0,5 milyard kubmetrdən çox qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin fevralın 1-dək 583 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 548 milyon tondan çox neft, “Şahdəniz”dən isə təqribən 35 milyon tona yaxın kondensat çıxarılıb.

Yataqlar istismara veriləndən 2022-ci ilin 01 fevral tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 191 milyard kub metrdən çox, “Şahdəniz”dən isə 160 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 110 milyard kubmetrə yaxın həcmi ixraca nəql edilib.

Ölkədə neftin emalı 2022-ci ilin yanvar ayında 583 min ton təşkil edib.

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR