
Reklam
01 Mart 2022, 19:05
591
Qızılın 1 unsiyasının qiyməti 1900 dolları keçib
Qızılın qiyməti cüzi artaraq, psixoloji həddə - 1 unsiyası 1900 ABŞ dollarından yuxarı qalmaqda davam edir.
Gazette Az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,37%, yaxud 7,05 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 907,75 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,3% artaraq, 1 unsiyası 24,44 ABŞ dolları təşkil edib.
Ukrayna ətrafında gərgin vəziyyətlə bağlı risklər etibarlı aktiv hesab olunan qızıla tələbi dəstəkləyir.
Ekspertlər hesab edirlər ki, inflyasiya riskləri iqtisadi artımla bağlı narahatlıqları gücləndirərsə, qızıla dəstək amili arta bilər.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





