"Qazprom" Ukrayna ərazisindən qaz nəqlinin həcmini artırır
İqtisadiyyat
07.02.2022 / 19:05
Rusiyanın "Qazprom" şirkəti Ukraynanın qazötürmə sistemi vasitəsilə qaz nəqlinin həcmini yenidən artırır.
Gazetteaz “RİA Novosti”yə istinadən xəbər verir ki, ilin əvvəlindən başlayaraq Ukrayna ərazisindən Rusiya qazının nəqli 2 dəfədəyək azalıb. Yanvar ayının sonlarından etibarən həcmlərdə artım müşahidə olunub və fevralın 1-i “Qazprom” Ukrayna qarşısında müqavilə öhdəliklərinə yaxın həcmdə - 106,7 milyon kubmetr qaz nəql edib.
Bu gün həcmin 107,8 milyon kubmetrə çatacağı gözlənilir.
Qeyd edək ki, “Qazprom” Ukrayna qarşısında müqavilə üzrə tranzit öhdəlikləri, təxminən, 109 milyon kubmetr təşkil edir.
report
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay