Energetika Nazirliyi və Dünya Bankı arasında görüş keçirilib

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, Energetika Nazirliyi və Dünya Bankı arasında davam edən uğurlu əməkdaşlıq münasibətlərindən bəhs edilib, birgə həyata keçirilən layihələrin icra vəziyyəti, həmçinin bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Nazirliklə Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında imzalanmış dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər, Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerjisi potensialının qiymətləndirilməsi və bu enerjidən istifadə sahəsində yol xəritəsinin işlənib hazırlanması istiqamətində görülən işlər müzakirə edilib, birgə əməkdaşlıq səylərinin Azərbaycanda “yaşıl enerji” istehsalının inkişafına, eləcə də atmosferə atılan karbon emissiyalarının azaldılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR