Ölkəyə yanvar-iyul aylarında 6 milyardlıq məhsul idxal edilib

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan dünyanın 162 ölkəsindən 6 milyard 297,9 milyon dollar məbləğində məhsul idxal etmişdir.

GAZETTE xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,9 faizi Rusiya, 15,3 faizi Türkiyə, 13,3 faizi Çin, 6,2 faizi Almaniya, hər biri 4,2 faiz olmaqla ABŞ və İtaliya, 4,1 faizi Ukrayna, 3,4 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 2,2 faizi Yaponiya, 2,0 faizi Koreya, 1,8 faizi Fransa, 1,5 faizi Braziliya, 1,4 faizi Hindistan, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Vyetnam və Polşa, 17,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2021-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 33 faiz, kartof – 12,9 faiz, şəkər – 1,8 dəfə, bitki yağları – 2,6 faiz, meyvə və tərəvəz şirələri – 15,9 faiz, meyvə və tərəvəz konservləri – 18,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 11,3 faiz, pambıq lifi – 1,7 dəfə, pambıq ipliyi – 2 dəfə, qara metallardan yarımfabrikatlar – 12,4 dəfə artmış, təzə tərəvəz ixracı isə 22,3 faiz, çay – 21,2 faiz, tütün – 43,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,2 faiz, polietilen – 6,2 faiz, emal olunmamış alüminium – 42,1 faiz, qara metallardan borular – 1,3 faiz, bentonit gili – 9,2 faiz azalmışdır.

2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2021-ci ilin yanvar-iyul aylarında çay idxalı 3,9 %, kartof – 14,1 %, təzə tərəvəz – 43,3 %, minik avtomobilləri – 1,7 dəfə, dərman vasitələri – 1,3 %, hesablama maşınları, blok və qurğuları – 18,8 %, yük avtomobilləri – 2 dəfə, rezin şinlər – 1,6 dəfə, mebellər – 29,8 %, paltaryuyan maşınlar – 34,1 %, məişət soyuducuları – 18,1 % artmış, bitki yağları idxalı isə 7,7 %, buğda – 5,9 %, xam şəkər və şəkər – 0,4 %, təzə meyvə – 2,0 %, kərə yağı, digər süd yağları və pastaları – 12,1 %, quş əti və onun əlavə məhsulları – 19,2 faiz, mal əti – 42,8 %, siqaretlər – 9 %, qara metallardan borular – 35,8 %, polad prokatı – 39,9 %, mineral gübrələr – 46,4 %, məişət kondisionerləri – 0,8 %, qara metallardan çubuqlar – 69,7 %, polietilen – 38,5 %, qara metallardan künclüklər – 31,1 %, avtobuslar – 36,6 %, sement və sement klinkerləri – 24,3 % azalmışdır.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR