“AzerGold” 6 ayda xaricə 80 milyon manatlıq qızıl və gümüş satıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. 

QSC-dan Gazette.az-a daxil olan məlumata görə, müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov cari ilin ilk 6 ayının Səhmdar Cəmiyyət üçün olduqca əlamətdar dövrə, “AzerGold”un fəaliyyətə başlamasının 5-ci ildönümünə təsadüf etdiyini xatırladıb.  

Sədr cari ilin ilk 6 ayında həm hasilat, həm ixrac və satış, geoloji kəşfiyyat, eləcə də digər sahələrdə işlərin plana uyğun, bəzi sahələr üzrə plandan daha artıq və tam qrafik üzrə yerinə yetirildiyini qeyd edib. 

Bildirilib ki, cari ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatında 16 %, gümüş hasilatında isə 9 % artım qeydə alınıb. Bununla yanaşı, 25.4 min unsiya qızıl, 56.1 min unsiya gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsaitin həcmi 46,9 milyon ABŞ dolları (79,7 milyon manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6,8 % çoxdur. 

Qeyd olunub ki, “AzerGold” fəaliyyət göstərdiyi dövr ərzində 254,5 min unsiya qızıl və 456,3 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 657 milyon manatdan çox vəsait cəlb edib. Bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,1 %-i həcmində vəsait ayırılıb. Bununla belə, şirkət qızıl mədəni layihələri üzrə dövlət büdcəsindən asılılığı tam olaraq aradan qaldırıb. 

Məlumat verilib ki, cari ilin birinci yarımilində Cəmiyyətin vergi ödənişləri də vaxtında və tam həyata keçirilib. Ümumilikdə, cari ilin birinci yarımilində dövlət büdcəsinə 18.1 milyon manat məbləğində vəsait köçürülüb. Bu vəsaitin 16.6 milyon manatı vergi, 1.5 milyon manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib. Ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə 59 milyon manata yaxın məbləğdə vergi və rüsumlar ödənilib.

Zakir İbrahimov hazırda şirkətin heç bir bank krediti öhdəliyinin olmadığını qeyd edərək, 2020-ci il üzrə maliyyə auditinin nəticələrinə əsasən, Səhmdar Cəmiyyətin öz səhmdarı olan dövlətə bu il ilk dəfə dividend ödənişini həyata keçirəcəyini diqqətə çatdırıb.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR