BAKU Azərbaycan
15.03 °C

Azərbaycanlı müğənni qızının görüntülərini paylaşdı, "rəy yağışı”na tutuldu

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Elman Zeynalovun qızı Mariellə paylaşımı marağa səbəb olub.

Gazetteaz olay-a istinadən yazır ki, sənətçinin qızının saçını daradığı videoya "Tezliklə məktəb üçün yığmağa başlayacağıq" şərhini yazıb. Onun bu paylaşımı maraqla qarşılanıb, sənətçiyə yüzlərlə şərh yazılıb.

Qeyd edək ki, Elman koreyalı model Marqarita Soyla 2019-cu ilin dekabrında ailə qurub. Cütlüyün övladı isə 2020-ci ilin iyununda dünyaya gəlib.

Onu da bildirək ki, Sumqayıtda doğulan və ailəsi ilə Rusiyaya köçüb orada yaşayan Elman "Новая Фабрика звезд" layihəsi ilə məşhurlaşıb. M.Soy isə biznes ledidir. Onun Moskvada gözəllik salonu var. Eyni zamanda model kimi fəaliyyət göstərir.