Superkompüter DÇ-2026 yarımfinalçılarını açıqladı

Süni intellekt modeli "ChatGPT" 2026-cı il Dünya Çempionatının dörddəbir final mərhələsi üçün gözlənilməz və səs-küylü proqnozlarını açıqlayıb.

Süni intellekt bəzi matçlarda böyük sürprizlərə imza atıb.

​Modelin təhlilinə əsasən, dörddəbir final cütlüklərinin dəqiq hesab təxminləri belədir:

​Dörddəbir Final Cütlükləri və Dəqiq Hesablar

​"Fransa" - "Mərakeş" (1:2): Turnirin ən böyük sürprizlərindən biri burada yaşanır. Heyət dəyəri 1.52 milyard avro olan turnirin əsas favoriti "Fransa", 448 milyon avroluq heyətə malik "Mərakeş" qarşısında diz çökür. Süni intellekt afrikalıların daha bir sensasiyaya imza ataraq yarımfinala yüksələcəyini proqnozlaşdırır.

​"İspaniya" - "Belçika" (2:1): Gərgin keçməsi gözlənilən Avropa duelində üstünlük "İspaniya" tərəfində olacaq. 1.22 milyard avroluq pirneyyililər, "Belçika"nı minimal hesabla məğlub edərək adını yarımfinala yazdıracaq.

​"Norveç" - "İngiltərə" (1:2): Erlinq Haalandlı "Norveç" ingilislərə ciddi müqavimət göstərsə də, güclü heyətə (1.36 milyard avro) malik "İngiltərə" bu maneəni 2:1 hesablı qələbə ilə keçməyi bacaracaq.

​"Argentina" - "İsveçrə" (2:0): Lionel Messili son dünya çempionu "Argentina" turnirin sürpriz komandası "İsveçrə" qarşısında çətinlik çəkməyəcək və rahat bir oyunla 2:0 hesablı qələbə qazanaraq yarımfinala adlayacaq.

​Futbol analitikləri süni intellektin bu təxminlərini çox maraqlı adlandırırlar. Əgər bu proqnozlar doğru çıxsa, yarımfinal mərhələsində bizi möhtəşəm bir "Mərakeş" - "İspaniya" və klassikləşən "İngiltərə" - "Argentina" qarşıdurmaları gözləyir.

Xüsusilə "Fransa"nın "Mərakeş" tərəfindən turnirdən kənarlaşdırılması təxmini futbol dünyasında indidən ən çox müzakirə olunan mövzuya çevrilib.(offsideplus.az)

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR