Bakıda motokross çempionatı keçiriləcək

11 noyabr tarixində Badamdar Avtobazar ərazisində Motokross çempionatı keçiriləcək.
 
Gazette.az xəbər verir ki, yarış Azərbaycan Motosiklet İdmanı Federasiyası (AMİF) tərəfindən təşkil olunur və 8 Noyabr – Zəfər Gününə həsr edilir.
 
Tədbirin əsas məqsədi Azərbaycanda motosportun inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yad etməkdir.
 
Çempionatda Azərbaycanın ən güclü motokros idmançıları ilə yanaşı, bölgələrdən dəvət olunmuş pilotlar da iştirak edəcəklər. Tamaşaçıları maraqlı yarışlar, nümayiş çıxışları, moto-şou və motosiklet sərgisi gözləyir.
 
Azərbaycan Motosiklet İdmanı Federasiyasının (AMİF) prezidenti Fuad Bağırov bildirib ki, bu çempionat təkcə idman tədbiri deyil. Bu, qəhrəmanlarımıza ehtiram və gənc nəsilə ruh, cəsarət və vətənpərvərlik aşılayan bir simvoldur. Bütün motosport sevərlərini və vətəndaşlarımızı bu günü bizimlə birlikdə keçirməyə dəvət edirik.
 
Təşkilatçılar sürət, adrenalin və milli qürurun bir araya gəldiyi bu möhtəşəm tədbirə bütün motosport həvəskarlarını dəvət edir!

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR